“...Məlumdur ki, indi respublikamız öz ağır, demək olar, faciəli dövrünü yaşayır. Ölkə ağır sosialiqtisadi
böhran içərisindədir. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın bir
qismi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətindədir. Belə bir dövrdə daha
ciddi, sərt tədbirlər görmək lazımdır ki, respublika bu ağır vəziyyətdən çıxa bilsin. İndi əsas vəzifə
respublikanın etibarlı müdafiə edilməsi və qaçqın düşmüş vətəndaşlarımızın yaşayışının lazımi səviyyədə
təmin olunmasıdır. Bunlar bu günün vəzifələridir. Gələcəkdə isə respublikamızın işğal edilmiş
torpaqları geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan dövləti bütün
torpaqlarının, bütün sərvətlərinin sahibi olmalıdır...”
Heydər Əliyevin cəbhəyanı bölgəyə – İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarına səfəri
zamanı çıxışından. Dekabr, 1993-cü il
“Böyük Liderin 90 anı”. Bakı, 2013