milisi (polisin əvvəlki adı) cavab verməli
olurdu.
Azərbaycanda mövcud olan demokratik
qüvvələrin təzyiqi 1991-ci ilin sentyabrında
Müdafiə Nazirliyinin təşkil edilməsi, oktyabrın
9-da isə Azərbaycan Respublikasının silahlı
qüvvələri haqqında qanunun qəbul
edilməsi ilə nəticələndi. Noyabrın 19-da
22 rayon və şəhərdə özünümüdafiə batalyonlarının
yaradılması qərara alındı. Lakin
qat-qat yaxşı silahlanmış və təlim görmüş
düşmənə qarşı bu dəstələrlə mübarizə
aparmaq çox çətin idi.
Müharibənin ilk illəri. Qarabağın azərbaycanlılar
yaşayan məntəqələrinə ermənilər
tərəfindən hücumlar genişləndirildi. 1992-ci
ilin əvvəllərində Şuşa mühasirə vəziyyətində
idi.
Şuşanın mühasirəsini yarmaq üçün yanvarın
sonlarında Azərbaycan ordusu “Daşaltı”
əməliyyatı keçirdi. Lakin düzgün rabitə qurulmaması
səbəbindən əməliyyat uğursuzluqla
nəticələndi. Malıbəyli, Aşağı Quşçular
və Yuxarı Quşçular kəndləri də işğal edildi.
Fevralın ortalarında düşmən Qaradağlı
kəndini ələ keçirdi. Kəndin müdafiəçilərinə
və dinc sakinlərə vəhşicəsinə divan tutuldu.
Fevralın sonunda isə Xocalı soyqırımı törədildi.
Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini
ATƏM-də müzakirəyə çıxardı.
Münaqişənin həlli üçün yaradılan Minsk
qrupu fəaliyyət göstərsə də, Dağlıq Qarabağdakı
ərazilər bir-birinin ardınca ermənilər
tərəfindən işğal edilirdi. 1992-ci il mayın
8-də Ermənistan Şuşa şəhərinin
tutulması ilə Dağlıq Qarabağın, demək olar