dövlətinə və onun qanunlarına tabe sayılan
bütün Azərbaycan Respublikası vətəndaşlarından
ibarətdir.
Konstitusiya Aktında vətəndaşların seçibseçilmək,
siyasi partiya və birliklər yaratmaq
hüququ, respublikanı müdafiə etmək, öz
gəlirlərinə müvafiq olaraq vergilər ödəmək,
qanunlara danışıqsız əməl etmək vəzifələri
və s. təsbit olunurdu.
Buna baxmayaraq, o dövrdəki Azərbaycan
rəhbərliyi imperiyanın dağılacağına inamsızlıq
nümayiş etdirərək respublikanın
müstəqilliyinin referendumla təsdiq edilməsini
ləngidirdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında konstitusiya Aktı ilə 1918-ci il mayın
28-də qəbul olunmuş “İstiqlal Bəyannaməsi”ni
müqayisə edin.
Azərbaycanın müstəqil dövlətə çevrilməsində
daha bir həlledici addım dekabrın 29-da
atıldı. Həmin gün keçirilən referendum
bülleteninə “Siz “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Azərbaycan
Respublikası Ali Sovetinin qəbul etdiyi