Dövlət müstəqilliyi uğrunda mübarizənin
genişlənməsi. Bundan sonra respublikada
dövlət müstəqilliyi uğrunda mübarizə daha
da genişləndi. Sentyabrın 14-də Azərbaycan
Kommunist Partiyası fövqəladə qurultay
keçirərək buraxıldığını elan etdi.
AKP-nin buraxılması nə ilə izah oluna bilər?
Bu hadisə ilə bağlı Heydər Əliyev öz çıxışında
demişdir: “Biz artıq Sovet imperiyasının,
Kommunist Partiyasının dağılmasının
şahidiyik... Bizim respublikamızın, Azərbaycan
xalqının vəziyyəti daha çətin, daha
ağırdır. Bunun əsas səbəbi respublikada
hökm sürən Azərbaycan Kommunist
Partiyasının diktatura rejiminin mürtəce
siyasəti və buraxdığı kobud, bağışlanılmaz
səhvləridir”.
Heydər Əliyevin sözlərini AKP-nin fəaliyyətinə
verilən qiymət baxımından dəyərləndirin.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev
xalqın israrlı tələbi ilə Naxçıvan MR Ali
Məclisinin sədri seçildi.
1991-ci ilin oktyabrında – odövrkü iqtidar
nümayəndələri ilə Azərbaycan Xalq Cəbhəsi
liderlərinin görüşündə Milli Şuranın yaradılması
haqqında razılaşma əldə edildi. Azərbaycan
xalqının müstəqilliyə yönəlmiş səyi
qanuni sonluqla nəticələndi və 1991-ci il
oktyabrın 18-də Azərbaycan Respublikası
Ali Sovetinin sessiyasında “Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı” yekdilliklə
qəbul edildi.
Konstitusiya Aktında qeyd olunurdu ki,
Azərbaycan dövləti müstəqil, unitar və
dünyəvi dövlətdir. SSRİ-nin Azərbaycan
ərazisindəki bütün daşınar və daşınmaz
mülkiyyəti Azərbaycan Res publikasının
mülkiyyəti hesab olunur. Siyasi, iqtisadi və
mədəni həyatını öz tarixi və milli ənənələrinə,
ümumbəşəri dəyərlərə uyğun inkişaf
etdirmək Azərbaycan xalqının inkaredilməz
və bölünməz hüququdur. Azərbaycan xalqı
Azərbaycan Respublikası ərazisində və
ondan kənarda yaşayan, Azərbaycan