X FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MÜSTƏQİLLİYİNİN
BƏRPASININ İLK İLLƏRİNDƏ
28
Dövlət
müstəqilliyinin
bərpası
Referendum, boykot, suverenlik, fövqəladə
vəziyyət, “Azadlıq Bəyannaməsi”, beynəlxalq
hüquq subyekti, 1991-ci il 18 oktyabr Konstitusiya
Aktı
X
alqın azadlıq
mübarizəsi XX əsrin
sonunda müstəqil Azərbaycan dövlətinin
bərpası ilə nəticələndi. 1991-ci il oktyabrın
18-də Azərbaycan Respublikasının Ali
Soveti “Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı
qəbul etdi. Bununla da Azərbaycan tarixinin
Üçüncü respublika dövrü başlandı.
“Azərbaycan Respublikasının milli dövlət
kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun
üçün Azərbaycan tam müstəqil, azad,
demokratik respublika olmalıdır...”
Heydər Əliyevin Nehrəm seçki dairəsi
seçiciləri ilə görüşdəki çıxışından.
İyul, 1990-cı il
“Azərbaycan tarixi” kitabından
Müstəqilliyin bərpasına gedən yolda.
Heydər Əliyev hələ 7 mart 1991-ci ildə –
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı
çıxışında SSRİ-nin saxlanılmasına
münasibət bildirilməsi üçün keçiriləcək
Ümumittifaq referendumunda iştirakın
əleyhinə çıxış etmiş, Azərbaycanın müstəqil
dövlət kimi mövcud ola biləcəyini əsaslandırmışdı.
“Mən yeni İttifaqa daxil olmağın və bunun
üçün referendum keçirməyin heç bir şərt
qoymadan, tam əleyhinəyəm... Azərbaycanın
tam istiqlaliyyət, azadlıq, iqtisadi
və siyasi müstəqillik yolu ilə getməsinin
tərəfdarıyam... Azərbaycan tam müstəqil
dövlət kimi fəaliyyət göstərmək üçün bütün
imkanlara malikdir”.
Heydər Əliyevin Azərbaycan Respublikası
Ali Sovetinin 1991-ci il 7 mart tarixli
sessiyasındakı çıxışından
Naxçıvan MR-in Ali Məclisi 1991-ci il martın
14-də SSRİ-nin saxlanılması barədə referendumda
iştirak etməmək haqqında qərar
qəbul etdi. Bundan ruhlanan Azərbaycanın
demokratik qüvvələri bütövlükdə həmin
referendumu boykot etdi.
SSRİ rəhbərliyinin yarıtmaz siyasəti, xüsusən
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
qərəzli mövqeyi, həmçinin həyat səviyyəsinin
getdikcə aşağı düşməsi müstəqillik
ideyalarının respublika əhalisi arasında
daha çox yayılmasına səbəb oldu.
SSRİ rəhbərliyinin siyasətinin yarıtmazlığını nədə
görürsünüz?