1970–80-ci illər Azərbaycan elminin inkişafında
mühüm dövr kimi səciyyələndi. Naxçıvanda
Azərbaycan Elmlər Akademiyasının
Elmi Mərkəzi fəaliyyətə başladı. Bakıda Kosmik
Tədqiqatlar Elm-İstehsalat Birliyi yaradıldı.
Geoloq Fərman Salmanovun rəhbərliyi
altında Qərbi Sibirin neft və qaz yataqları
kəşf olundu. F.Salmanov təkcə Tümen
vilayətində onlarla neft yatağı kəşf etmişdi.
Azərbaycan geofizikləri Xəzər dənizinin
İrana məxsus şelfində qonşu dövlətin xahişinə
əsasən 44 perspektivli neftli-qazlı struktur
aşkar etdilər.
Fərman Salmanovun SSRİ-nin neft sənayesinin
inkişafına verdiyi töhfələrlə bağlı araşdırma
aparın.
Azərbaycan astronomlarının elmi işləri bütün
dünyada tanınırdı. Beynəlxalq Astronomiya
İttifaqının qərarı ilə görkəmli astronom
Nadir İbrahimovun şərəfinə Mars
planeti kraterlərindən birinə “İbrahimov
krateri”, üç asteroidə “Azərbaycan”, “Nizami
Gəncəvi” və “ŞAR” (Şamaxı Astrofizika
Rəsəd xanası) adı verildi.
Müharibədən sonrakı illərdə ictimai və humanitar
elmlər sahəsində irəliyə doğru
ciddi addımlar atılmışdı. Azərbaycan ərazisinin
arxeoloji cəhətdən öyrənilməsi geniş-