Teatr İnstitutu, “Qobustan” almanaxı, Səməd
Vurğun, Yusif Məmmədəliyev, Fərman
Salmanov, Şamaxı Astrofizika Rəsədxanası,
Rəsul Rza, “Min bir gecə” baleti, “Arşın mal
alan” filmi, Tahir Salahov
A
zərbaycanın iqtisadiyyatı kimi, mədəniyyəti
də XX əsrin 50–60-cı illərində
çox sürətlə inkişaf edirdi. Heydər Əliyevin
hakimiyyətə gəlməsindən sonra bu inkişaf
daha da sürətlənmiş, onlarla tanınmış elm
və sənət adamı yaradıcılıq zirvəsinə yüksəlmişdir.
Təhsil. Müharibədən sonra Azərbaycanın
iqtisadi inkişafı ölkənin ictimai-siyasi, iqtisadi,
mədəni və mənəvi inkişafını şərtləndirmişdir.
Xüsusən də 70-ci illərdə bu özünü
daha qabarıq göstərdi. Azərbaycanda mədəniyyətin
inkişafı üçün, ilk növbədə, xalq
maarifi şəbəkəsinin tədris-maddi bazası
möhkəmləndirildi. Eləcə də məktəbləri pedaqoji
kadrlarla təmin etmək, təlim və tərbiyə
sistemini yaxşılaşdırmaq, tədrisin səviyyəsini
yüksəltmək üçün əməli tədbirlər
həyata keçirildi. 1959-cu ildən icbari səkkizillik
təhsil tətbiq olundu. 1966-cı ildən icbari
onillik təhsilə keçildi.
Müharibə zamanı mədəni-maarif müəssisələri
şəbəkəsinin azalmasının səbəbləri nə ola bilərdi?
Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini
və SSRİ ali hərbi məktəblərinə azərbaycanlı