Sonuncu üsyan. Konstitusiya layihəsinin
yeni mətnindən milli əyalətlərin bəzi
hüquqları ilə bağlı qeydlərin çıxarılması,
həmçinin ibtidai məktəblərdə ana dilində
təhsil hüququ əvəzinə, fars dilinə icazə verilməsi
kəskin etiraz doğurdu. 1979-cu il
dekabrın 5-də İran MXRP-nin Azərbaycan
bölməsi Təbriz əhalisini Konstitusiyaya
etiraz etməyə, bəzi fiziki və mənəvi hücumlara
məruz qalmış Şəriətmədariyə dəstək
olmaq üçün mitinq və nümayişə çağırdı.
Bu, Təbrizdə üsyanın başlanmasına təkan
oldu. Konstitusiyanın 110-cu maddəsinə (bu
maddə Xomeyniyə mütləq ali hakimiyyət
hüquqları verirdi) etirazla başlanmış bu
üsyan zamanı Təbrizdə dövlət idarələri,
radio və televiziya stansiyaları, başqa kütləvi
informasiya vasitələri, təyyarə meydanı ələ
keçirildi. Cənubi Azərbaycan “Azərbaycan
İslam Respublikası” elan edildi. Bir neçə
gün davam edən nümayişlər dalğası Təbrizdən
kənara yayılsa da, elə bir uğur əldə edə
bilmədi. Buna səbəb Şəriətmədarinin
tələblərin yerinə yetirilməsi üçün şəxsi
nüfuzundan və milli hərəkatın gücündən
istifadə etməməsi və geri çəkilməsi oldu.
Sizcə, Şəriətmədari 1979-cu il dekabr üsyanı zamanı
geri çəkilməsə idi, nə baş verə bilərdi?
Beləliklə, müxtəlif sosial-siyasi qüvvələr
tərəfindən dəstəklənən iki dini başçı – Xomeyni
ilə Şəriətmədari arasındakı ziddiyyətlər
ikincinin tərəfdarlarının məğlubiyyəti ilə
nəticələndi. Hakim İslam Respublika Partiyasının
yerli təşkilatları geniş fəaliyyət
meydanı əldə etdi.
1979-cu ilin dekabrında baş vermiş Təbriz
üsyanının inkişafında Şəriətmədarinin fəaliyyətini
dəyərləndirin.
Hakimiyyətin möhkəmləndirilməsi.
1980-ci ilin yanvarında prezident seçkiləri
keçirildi. Mart-may aylarında parlament
seçildi, avqust-sentyabrda isə yeni, daimi
hökumət işə başladı. Yeni hökumət torpaq,
işsizlik məsələsini həll edə bilmədi. İran
İslam Məclisi torpaq islahatı haqqında
qanunu qəbul etsə də (sentyabr, 1981),