Kazım Şəriətmədarinin rəhbərlik etdiyi
Müsəlman Xalq Respublikası Partiyası
(MXRP) isə dinin siyasətdən ayrı tutulmasını
istəyən, milli və etnik azlıqların haqlarını
müdafiə edən, liberal dəyərlərə üstünlük
verən idarəçilik sisteminin yaradılmasını
istəyirdi.
Şəriətmədarinin fəaliyyətini dövr baxımından
qiymətləndirin.
Lakin qələbənin ilk günündən hakimiyyət
sükanını ələ alan Ayətullah Xomeyni tərəfdarları
ümumxalq rəy sorğusu ilə 1979-cu il
aprelin 1-də İran İslam Respublikasını (İİR)
elan etməyə nail oldular. İnqilab dövründə
İranın heç bir xalqı milli tələblər irəli sürmədi.
Yalnız inqilabın qələbəsi ərəfəsində və
ondan sonra milli hüquqların təmin olunması
məsələsi gündəmə gəldi.
İnqilab zamanı Xomeyni başda olmaqla
bəzi siyasi xadimlər məzlum xalqlara öz
müqəddəratını təyin etmək haqqının
veriləcəyini bildirmişdilər. Ruhanilər tərəfindən
idarə edilən və ölkənin ən güclü dini-siyasi
partiyası olan İslam Respublikası
Partiyası da verdiyi bəyanatında hər xalqın
dili, ədəbiyyatı, mədəniyyəti və
adət-ənənələrini qorumaq hüququnun
olduğunu bildirmiş, etnik və milli ayrı-seçkiliyi
haram saymışdı. Müvəqqəti hökumətin
başçısı, əslən azərbaycanlı olan Mehdi
Bazərqan İranda etnik azlıqlara mədəni
hüquqların verilməsinin tərəfdarı idi. O,
İranın ərazi bütövlüyü daxilində əyalətlərin
belə bir hüquqa sahib olmasını məqbul
sayırdı.
İran İslam inqilabının gedişində Xomeyninin
rolunu dəyərləndirin.
Hüquqi mübarizə. Bununla yanaşı, İran
daxilində Azərbaycana muxtariyyətin
verilməsi, məktəblərdə tədrisin ana dilində
aparılması, ana dilində dərsliklərin, kitabların,
qəzet və jurnalların çap olunması kimi
məsələləri gündəmə gətirən bir sıra təşkilatlar
yaradıldı. Belə təşkilatlardan biri də
Tehranda meydana gələn Azərbaycan
Yazıçıları və Şairləri Cəmiyyəti idi. 1979-cu
ilin aprelində cəmiyyət ana dili probleminin