“Ağ inqilab”, “29 bəhmən üsyanı”, Mehdi
Bazərqan, Xomeyni, Şəriətmədari, “Qanlı
cümə günü”, “Təhsilin islamlaşdırılması”
konsepsiyası
P
əhləvi sülaləsinin hakimiyyətinə qarşı
Cənubi Azərbaycanda başlanan inqilabi
hərəkat hakim sülalənin devrilməsi ilə
nəticələndi. Hərəkatda xüsusi fəallığı ilə
seçilən azərbaycanlılar son nəticədə geniş
hüquq və azadlıqlar ala bilmədilər.
İnqilabaqədərki dövr. XX əsrin 50–60-cı
illərində ağır ictimai-siyasi durumda olan
İranda kəndlilərin çıxışları baş verirdi. Bu
çıxışlar Cənubi Azərbaycanda xüsusilə
güclü idi. Ölkədə sosial partlayış gözlənilirdi.
Şah hökuməti genişlənən demokratik
mübarizənin qarşısını hərbi yolla almaqla
bərabər, islahatlar keçirməyə qərar verdi.
Bu, İran tarixinə “Ağ inqilab” adı ilə düşdü.
1962-ci ildə keçirilmiş aqrar islahat nəticəsində
tezliklə Cənubi Azərbaycan kəndlilərinin
80 faizi torpaq sahibinə çevrildilər. Buna
baxmayaraq, kəndlilər fermer təsərrüfatı
yaratmaq yolunda böyük çətinliklərlə
qarşılaşırdılar. Ölkədə inkişaf birtərəfli
gedirdi. Cənubi Azərbaycan inkişaf tempinə
görə İranın əsas sənaye mərkəzlərindən
geri qalırdı. Aparılan islahatlar ölkənin
inkişafını şərtləndirməklə yanaşı, İranda
qərb həyat tərzinin yayılmasına da yol açdı.