nin bu addımına etiraz əlaməti olaraq 40
günlük matəm tətilinə çıxdı. 40 gün ərzində
Bakıda heç bir müəssisə, fabrik, zavod
işləmədi.
Faciənin ertəsi günü Moskvada yaşayan
Ümummilli lider Heydər Əliyev təzyiqlərə
məhəl qoymadan Azərbaycanın daimi nümayəndəliyinə
gəlib qəti şəkildə sovet hökumətinin
bu addımını pislədi və bunun fəsadları
haqqında rəhbərliyə xəbərdarlıq
etdi. Heydər Əliyev faciəni dünyaya fərqli
şəkildə çatdırmaq istəyən erməni və sovet
məmurlarının planlarını alt-üst edərək dünyanın
diqqətini Bakıya çəkə bildi.
Qanlı yanvara səbəb olan hadisələrin xronoloji
cədvəlini hazırlayın.
Moskva isə ölkədə Əbdürrəhman Vəzirovu
özünün digər sədaqətli nümayəndəsi Ayaz
Mütəllibovla əvəz etdi. 1990-cı ilin may
ayında prezident vəzifəsi təsis edilən kimi
onu bu vəzifəyə “seçdi”.
A.Mütəllibovla Ə.Vəzirovun antimilli siyasətini
müqayisəli şəkildə təhlil edin.