çevrildi. İlk dəfə olaraq Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.
Bu hərəkat xalq tərəfindən “Meydan
hərəkatı” adlandırılaraq tarixə düşdü.
Moskva hərəkatın miqyasından və digər bölgələrə
də yayılmasından bərk narahat idi.
Tezliklə ölkədə komendant saatı tətbiq
olundu. Hərəkat yatırıldı, meydan boşaldıldı.
Meydan hərəkatının Azərbaycan dövlətinin
tarixində xüsusi rolu olmuşdur. Məhz bu
hərəkat xalqın birliyini göstərmiş, onun
müstəqillik, azadlıq uğrunda əzmini ilk dəfə
belə açıq şəkildə nümayiş etdirmişdir. Buna
görə də 17 Noyabr Azərbaycan tarixinə
əbədi olaraq Milli Dirçəliş Günü kimi yazıldı.
Tarixi fakt kimi Milli Dirçəliş Gününün əhəmiyyətini
təhlil edin. Baş vermiş prosesləri milli
şüur və milli-mənəvi dəyərlərlə əlaqələndirin.
XX əsrin 80-ci illərinin sonlarında Azərbaycan
xalqının başına açılan müsibətlər