ki, mərkəzi hökumət buna göz yumur, ermənilərin
hər cür cinayətinə rəvac verirdi. İş
o yerə gəlib çıxdı ki, Moskva Azərbaycanın
Qazax və Gədəbəy rayonlarından min hektarlarla
torpaq sahəsinin Ermənistana verilməsinə
belə razılığını bildirdi. Lakin yerli
əhalinin səyi nəticəsində bu plan həyata
keçmədi.
Bununla belə, ermənilər 1988-ci ilin yanvarından
etibarən Ermənistanda yaşayan
azərbaycanlıları öz tarixi yurdlarından qovmağa
başladılar. İlk qaçqınlar Azərbaycan
ərazisinə qonşu respublikanın Qafan və
Mehri rayonlarından axın etdi.
Nə üçün azərbaycanlılar öz tarixi yurdlarından
qovulurdu?
Ermənistanda və Xankəndidə (ermənilər
bu şəhərə Stepanakert deyirlər) azərbaycanlılara
qarşı etiraz mitinqləri keçirildi.
Fevralın 28-də isə ermənilər Sumqayıtda
əvvəlcədən hazırlanmış ssenari əsasında
azərbaycanlıların adı altında öz millətlərinə
qarşı qırğın (Sumqayıt fitnəkarlığı) törətdilər.
Bu qırğına “Paşa” ləqəbli erməni
E.Qriqoryan başçılıq edirdi.
Baş vermiş tarixi hadisə barədə müxtəlif baxışları dəyərləndirib bu hadisənin Azərbaycan xalqı üçün ədalətsiz addım olduğunu sübut edin.
Mərkəzi hökumətin cinayətin əsil səbəbkarlarını
araşdırmaması və hadisəyə düzgün siyasi
qiymət verməməsi nəticəsində azərbaycanlılara
qarşı informasiya müharibəsi
genişləndi. Bundan sonra azərbaycanlıların
Ermənistandan kütləvi surətdə köçürülməsi
prosesi gücləndi. Artıq 1991-ci ildə Ermənistanın
sonuncu azərbaycanlı kəndi
olan Mehri rayonunun Nüvədi kəndi də boşaldıldı.
Ermənistanda yaşayan 230 min nəfər azərbaycanlı
öz tarixi torpaqlarından zor gücünə
köçməli oldu. Beləliklə, Qərbi Azərbaycandan
(Ermənistan SSR) azərbaycan lıların deportasiya prosesi başa çatdırıldı.