Mixail Qorbaçov
yasına olan inamını
bərpa etmək
məqsədilə
ölkədə bir neçə
fəaliyyət xəttini
(“sürətləndirmə”,
“aşkarlıq”,
“demokratikləşmə”)
özündə birləşdirən
və ümumi
şəkildə “yenidənqurma”
adlandırılan
siyasi islahatlar
həyata keçirməyə başladı.
1989-cu ildə ölkə tarixində ilk dəfə olaraq
Xalq Deputatları Sovetinə alternativ əsaslarla
seçkilər keçirildi. Azərbaycanlılar da bu
seçkilərdə fəal iştirak etdilər. M.S.Qorbaçov
Kommunist Partiyasının ideologiyası üzərində
möhkəmlənən sovet cəmiyyətinin siyasi
dayaqlarına zərbə vuracaq təkliflərlə
çıxış etdi. O, “hüquqi dövlət”in yaradılması,
hakimiyyətin bölünməsi prinsipinə əsaslanan
idarəçilik sisteminin seçilməsi, müxtəlif
təsərrüfat formalarının tətbiqi, icarə sisteminin,
kooperasiyaların formalaşdırılması kimi
təkliflər irəli sürdü. Düzdür, iqtisadi baxımdan
ortaya atılan təkliflər ölkədə, qismən də
olsa, həyata keçirildi. Lakin bu, sovet iqtisadiyyatının
bölgələr arasında qarşılıqlı asılılığa
əsaslanan sənayesini tamamilə sıradan
çıxardı. Müəssisələr arasında iqtisadi münasibətlər
pozuldu və tədricən yox dərəcəsinə
endi. Proses çox qısa müddətdə yüzlərlə zavod
və fabrikin müflisləşməsinə, işinin dayandırmasına
gətirib çıxardı. İşsizlik davamlı
bir problemə çevrildi. Bu baxımdan, “yenidənqurma”,
əslində, SSRİ-nin iflasını daha
da sürətləndirdi.
Demokratiya, yoxsa özbaşınalıq? “Yenidənqurma”,
“aşkarlıq” və “demokratiya” imperiyanın
qurbanlarına çevrilmiş xalqların
milli özünüdərkinə böyük təsir göstərdi.
İdeologiyanın qurbanı olan tarix yenidən
öyrənilməyə başlandı. Saxtalaşdırılmış və
“unutdurulmuş” tarixi məqamlar işıqlandırıldı.
Azərbaycan xalqının milli oyanış prosesi
sürətləndi.
Mərkəzi hökumət xalqların milli dirçəlişindən
bərk narahat idi. Buna görə də hər
vəchlə yerlərdə milli və dini zəmində qırğınların
törədilməsinə şərait yaradır, cinayətkar