3 dəfə dəyişdi. Nəhayət, 1985-ci ildə bu vəzifəyə
M.S.Qorbaçov gətirildi.
1985-ci ildən sonra SSRİ-nin süquta doğru
getməsinin əlamətləri iqtisadi qüdrətinin
ildən-ilə zəifləməsində özünü büruzə verməyə
başladı. Ölkənin ictimai-siyasi həyatında
baş verən gərgin və təlatümlü hadisələr
onu sarsıdaraq iqtisadiyyatın
tə nəzzülünü sürətləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatının, təsərrüfat
sisteminin ahəngi 1988-ci ildə erməni
millətçilərinin Dağlıq Qarabağ ətrafında
başladıqları fitnəkarlıqla pozuldu. Sovet İttifaqının
səlahiyyətli orqanlarında yüksək vəzifələr
tutan erməni millətçiləri Azərbaycan
iqtisadiyyatına böyük zərbələr endirmək
üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirdilər.
Azərbaycana düşmən qüvvələr
SSRİ-nin bu əsas üzümçülük respublikasında
iqtisadiyyatın ildən-ilə yüksəlməsinə
üzümçülük-şərab çılıq kom pleksinin şərait
yaratdığını heç cür qəbul edə bilmirdilər.
1985-ci ildə alkoqolizmə qarşı mübarizə
pərdəsi altında üzümçülüyün ləğvinə başlandı.
1990-cı ilə qədər üzüm bağlarının
ümumi sahəsi xeyli azaldı.
1980-ci illərin ikinci yarısında Azərbaycan
sənayesi ziddiyyətli, çox çətin və ağır dövr
keçirirdi. Digər tərəfdən isə metodları yararsız
olan yenidənqurma, millətlərarası
toqquşmalar, Azərbaycanda rəhbərliyin
zəifliyi iqtisadi inkişafa mane olurdu.
Sonuncu nəfəs. M.Qorbaçov sosial-iqtisadi
inkişafı sürətləndirmək, inzibati- bürokratik
sistemin korrupsioner fəaliyyətini zəiflətmək,
ictimai quruluşu durğunluqdan azad
etmək və vətəndaşların Kommunist Parti-