1970-ci illərdə mərkəz ermənilərin təhriki ilə
Kəlbəcər rayonunun perspektivsizliyi, buradan
əhalinin köçürülməsi, torpaqların isə
yaylaq kimi respublikalar arasında bölüşdürülməsi
haqqında məsələ qaldırdı. Buna
qarşı çıxan Heydər Əliyev 1977-ci ildən rayonun
potensial imkanlarını genişləndirmək
tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə
nail oldu. İqtisadiyyat xeyli dirçəldi.
Mərkəzin, erməni millətçilərinin niyyətləri
alt-üst oldu.
Heydər Əliyevin Azərbaycan xalqının mənəvi
sərvətlərinə sahib çıxmasını necə dəyərləndirərdiniz?
Şuşanın və Kəlbəcərin coğrafı-siyasi mövqeyini
qiymətləndirin.
İqtisadi inkişaf. Heydər Əliyevin siyasi dövlətçilik
fəaliyyəti sayəsində 1970-ci illərdə –
Sovet İttifaqında əsas orta iqtisadi göstəricilərin
artım sürətinin aşağı düşdüyü bir
vaxtda Azərbaycanda bütün başlıca iqtisadi
göstəricilər durmadan yüksəlirdi. 14 ildə respublikada
milli gəlirin ümumi həcmi 2 dəfədən
çox artmış, 250-dən çox fabrik, zavod, istehsal
sexləri tikilmiş, iki milyondan çox
adamın mənzil şəraiti yaxşılaşdırılmışdı. Respublika
elektrotexnika sənayesinin flaqmanı
Sovet İttifaqının ən böyük zavodlarından biri
– Bakı Məişət Kondisionerləri zavodu idi. Bu
zavod 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü
ilə tikilmişdi. Aparılan islahatlar nəticəsində
Azərbaycan SSRİ-nin ən iri elektrotexnika sənayesi
mərkəzlərindən biri oldu.
Həmin dövrdə ölkənin bütün neft-mədən avadanlığının üçdə iki hissəsi, məişət kondisionerlərinin
hamısı, sintetik kauçuk və
bir sıra digər kimya məhsullarının xeyli hissəsi
Azərbaycanda istehsal olunurdu. Bu
məhsulların bəziləri dünyanın 65 ölkəsinə
ixrac edilirdi.
Azərbaycan ərazisinin şimal-qərb hissəsini
Bakı–Tiflis dəmir yolu xətti ilə birləşdirən
Yevlax– Balakən (uzunluğu 162 km) dəmir
yolu başa çatdırılıb istifadəyə verilmişdi.
Azərbaycanın SSRİ-nin ən iri elektrotexnika sənayesi
mərkəzlərindən biri olduğunu hansı faktlarda görmək
mümkündür?