olmasına, respublika büdcəsinə
ayırmaların Moskvada deyil, Bakıda
həll edilməsinə çalışmaq, milli oyanışa xidmət
etmək idi. MAQ-çılar bir neçə mühüm
vəzifəyə azərbaycanlı kadrların təyin edilməsinə
nail oldular.
Belə bir şəraitdə mərkəzin təzyiqi nəticəsində
Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti 1969-cu ilin mayında sərhəd rayonlarında
2 min hektardan çox Azərbaycan torpağının
Ermənistana verilməsi haqqında
hələ 1938-ci ildə qəbul olunmuş qərarı təsdiq
etdi. Lakin bir qədər sonra Azərbaycan
rəhbərliyinə gəlmiş Heydər Əliyev bu qərarın
icrasına yol vermədi.
Mətn əsasında aşağıdakı mövzularda araşdırma
aparıb təqdimat hazırlayın:
“Azərbaycan XX əsrin 50–60-cı illərində”,
“1948–1950-ci illər deportasiyası”,
“Milli Azərbaycan Qərargahı”.