İbrahimxəlil xan da Sisianovla görüşməyə
razılıq verdi.
1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə
Rusiya dövləti arasında Kürəkçayda müqavilə
imzalandı. Bu müqavilə ilə Qarabağ
xanlığı “əbədi olaraq” Rusiyanın himayəsinə
keçdi. Müqavilədə Rusiya imperiyası və
Qarabağ xanlığı arasında qarşılıqlı münasibətlərin
hüquqi əsasları öz əksini tapmışdı.
Rusiya xanlığı himayə etməyi öz öhdəsinə
götürür, rus qoşunları onun ərazisində
yerləşdirilirdi. Bunun müqabilində Qarabağ
xanı Rusiyaya hər il 8 min çervon* xərac
ödəməli idi.
*Çervon
Rusiyada 5 və 10 manatlıq qızıl pul
Xanın müstəqil daxili siyasətinə təminat
verilir, lakin xarici siyasət məsələlərinin
Rusiyanın buradakı nümayəndəsi ilə razılaşdırılması
tövsiyə edilirdi. Bu, Qarabağ
xanlığının müstəqil xarici siyasət hüququnun
itirilməsi demək idi. İbrahimxəlil xanın
məsləhəti ilə Şəki xanı Səlim xan da bir həftə
sonra Kürəkçay müqaviləsini imzaladı.
Kürəkçay müqaviləsini siyasi baxımdan dəyərləndirin.
Sizcə, burada əks olunan müddəaları hansı
müqavilələrin şərtləri ilə müqayisə etmək olar?