Sizcə, məhkəmə quruculuğu məsələlərinin respublikanın
öz ixtiyarına verilməsini necə dəyərləndirmək olar?
İ.Mustafayevin yerinə olsa idiniz, başqa hansı tədbirləri
görərdiniz?
M.Bağırov və İ.Mustafayevin hakimiyyəti dövrünə dair
müqayisəli cədvəl qurun.
Sizcə, İ.Mustafayev və ya V.Axundov daha əvvəl
(təqribən, XX əsrin 30-cu illərində) hakimiyyətə gəlsə
idilər, Azərbaycanda nələr baş verməzdi?
“Yəqin ki, respublikalarda MK-nın ikinci
katiblərinin niyə rus olduqlarını izah etmək
lazımdır. Onlar, demək olar ki, hər yerə
mərkəzdən göndərilirdi və bir qayda olaraq,
rus olurdular. Təkcə Ermənistandan başqa.
...Bütün qalan respublikalarda isə uzun illər
ərzində partiyada ikinci adam Moskvadan
təyin olunan rus idi. ...Həm də bu seçim işdə
özünü tamamilə doğruldurdu. Hesab edirəm
ki, bu, respublikalarda tarazlığı sabitləşdirirdi.
...Rus xalqı Sovet İttifaqının bütün
guşələrində başlıca donor olmuşdur”.
1959-cu ildə Azərbaycan KP MK-nın İkinci
katibi təyin olunmuş V.Y.Semiçastnının
xatirələrindən
“Zamanın işığında canlanan portret –
Vəli Axundov”. Bakı, 2016