istiqamətdə birinci dərəcəli tədbir 1946-cı
ilin yanvarında Milli Məclisin qəbul etdiyi
“Dil haqqında” Qanun idi.
Demokratik hərəkatın ən mühüm tədbirlərindən
biri də zəhmətkeşlərin xeyrinə sosialiqtisadi
islahatların keçirilməsi idi. Buna görə
də Milli hökumət 1946-cı ilin fevralında Aqrar
Qanun verdi. Bu qanuna əsasən torpaqsız
kəndlilər torpaqla təmin olunmalı idi.
Bir qədər sonra – may ayında qəbul olunmuş
“Əmək haqqında” Qanun sosial
sahədə digər mühüm addım oldu. Bu qanuna
görə fəhlə və qulluqçuların iş şəraiti
xeyli yaxşılaşdırıldı, sahibkarlar tərəfindən
istismar məhdudlaşdırıldı.
Milli hökumətin ən böyük uğuru nə idi?
1946-cı ilin iyununda Təbriz Universitetinin
təsis edilməsi, müxtəlif yaradıcı birlik və təşkilatların,
muzeylərin yaradılmasına başlanması
əsil milli mədəni inqilab üçün əsas yaradır,
demokratik hərəkatın milli məzmununu möhkəmləndirirdi.
Milli hökumətin süqutu. Bütün bu hadisələrdən
narahat olan İran hökuməti hücuma