“Biz azadlığımızı istəyirik. Biz istiqlaliyyətimizi
istəyirik. Biz istəyirik ki, insan kimi
yaşayaq. Bizi eşidin, bizi ayrıca muxtar
dövlət kimi tanıyın və bizi fars şovinistlərinin
zülmündən qurtarın. Tehran xarici
imperialistlərin göstərişi və köməyi ilə
bizim hərəkatı məğlub etməyə müvəffəq
olsa belə, xalqımızın haqqını əbədi olaraq
qəsb edə bilməyəcək. Tez-gec azərbaycanlı
öz istiqlaliyyətini alacaq, öz müqəddəratını
özü təyin edəcəkdir”.
Seyid Cəfər Pişəvərinin müraciətindən
Milli şüurun artmasına təsir göstərən amilləri
sadalayın.