O, səfərə çıxmamışdan əvvəl xüsusi
bəyanatında bildirdi ki, bu səfəri Azərbaycanın
fövqəladə xidmətlərini nəzərə
alaraq edir. Əslində, məqsəd Azərbaycandakı
bütün qüvvələri səfərbər edib Qacarları
devirməyə hazırlaşdırmaq idi. İşsizlikdən,
bahalıqdan, rüşvətxorluqdan,
özbaşınalıqdan bezən geniş xalq kütləsi
Rza xanın yağlı vədlərinə inanırdı. 1925-ci
ildə Qacarlar sülaləsi devrildi və haki miyyətə
Rza şah Pəhləvi gəldi.
Əhalinin Qacarlardan narazı olmasının səbəblərini
göstərin.