səfərbər olunmuşdu ki, onların 11 mindən çoxu qadın idi. 300 min nəfərdən çox azərbaycanlı isə döyüşlərdə həlak olmuşdur.
Sovet rəhbərliyinin Azərbaycanla bağlı ayrıseçkilik siyasətini müzakirə edin.
Döyüşlərdə azərbaycanlı komandirlərdən Heybət Heybətov, Mahmud Əbilov, Hacıbaba Zeynalov, Tərlan Əliyarbəyov, Akim Abbasov və digərləri yüksək hərbi sərkərdəlik qabiliyyətinə malik olduqlarını sübut edərək general-mayor rütbəsinə layiq görülmüşdür.
“Berlin uğrunda tarixi döyüşdə son atəş burada – Brandenburq qapısında oldu və bu, Azərbaycan xalqının oğulları tərəfindən edildi. Faşist Almaniyasının paytaxtına hücum edən qəhrəmanların xatirəsi əsrlərlə yaşayacaq”.
F.Bokov
“Qələbə baharı” 1985
Mənbədə Azərbaycan xalqının İkinci dünya müharibəsində iştirakı necə dəyərləndirilir?
Kişiləri əvəz edən Azərbaycan qadınlarının əmək rəşadəti
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə
Azərbaycanlı döyüşçülər partizan hərəkatında. Azərbaycanlı döyüşçülər partizan hərəkatında da fəal rol oynamışlar. Onlar partizan dəstələrinin tərkibində Avropanın bir neçə ölkəsində faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər. İtaliyada 1944-cü ildə təşkil edilmiş böyük partizan dəstəsinin komandiri Cavad Həkimli, komissarı isə Mehdi Hüseynzadə idi. Onlar İtaliya və Yuqoslaviya partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparırdılar. Azərbaycanlı partizan Vilayət Hüseynov İtaliyada Mussolinini həbs edən partizanlardan biri olmuşdur. 1944-cü ildə fransız və azərbaycanlı partizanlar Fransanın Rodez şəhərini faşistlərdən azad edə bildilər. Buradakı partizan hərəkatında, həm də 1944-cü ildə Paris şəhərinin faşistlərdən azad edilməsi münasibətilə keçirilən mitinqdə çıxış edən Əhmədiyyə Cəbrayılov və digər azərbaycanlı Daniyal Abdullayev Fransanın ən yüksək hərbi mükafatı – “Hərbi Xaç” medalı ilə təltif edilmişdir.