Diviziya |
Yaranma |
Fəaliyyəti |
77-ci diviziya |
1920-ci il | Azərbaycanın bu ilk milli diviziyası 1938-ci ildə SSRİ-dəki bütün milli hərbi hissələr kimi ləğv edilmiş, 1941-ci ildə yenidən bərpa olunmuşdur. Qafqaz cəbhəsində keçirilən hərbi əməliyyatlarda və Şimali Qafqazın düşməndən azad edilməsində fəal iştirak etmişdir. Diviziyaya “Simferopol diviziyası” fəxri adı verilmişdir. Krım, Ukrayna və Litvanın düşməndən azad edilməsi zamanı göstərdiyi şücaətlərlə fərqlənmişdir. |
402-ci diviziya |
1941-ci il | Qafqaz uğrunda döyüşlərdə iştirak etmişdir. Təchizatı yaxşı təşkil edilmədiyi üçün qəhrəmancasına vuruşmasına baxmayaraq, tərkibinin bir hissəsini itirmiş, 416-cı diviziyaya birləşdirilmişdir. |
223-cü diviziya |
1941-ci il | Diviziyanın fəaliyyəti Qafqaz uğrunda döyüşlərdən başlamışdır. Qafqazın, Ukraynanın, 1944-cü ildə Rumıniya, Bolqarıstan və Yuqoslaviyanın azad edilməsində yaxından iştirak etmişdir. Belqrad uğrunda döyüşlərdə fərqləndiyi üçün “Belqrad diviziyası” adını almışdır. |
416-cı diviziya |
1942-ci il | Şimali Qafqazın azad edilməsində iştirak etmişdir. Taqanroq şəhəri uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə ona “Taqanroq diviziyası” fəxri adı verilmişdir. Bu diviziya 1945-ci ildə Berlinə ilk daxil olan hərbi hissələrdən biri idi. Hətta qələbə bayrağını Brandenburq qapılarına bu diviziyanın döyüşçüləri asmışdılar. |
271-ci diviziya |
1942-ci il | Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. |