yönəldilmişdi. Hitlerin tələbinə görə, 1942-ci
ilin sen tyabrında Bakı zəbt edilməli idi.
1942-ci ildə faşist ordusunun Qafqaz üzərinə
hücumu başladı. Sovet rəhbərliyi Bakının
müdafiəsi üçün xüsusi qərar qəbul etdi.
Cənubi Qafqazda hərbi vəziyyət elan
olundu. Qafqaz uğrunda döyüşlər Stalinqradı
müdafiə edən Sovet ordu hissələri
üçün böyük kömək idi və Stalinqrad uğrunda
əks-hücumlar, əsasən, bu zəmində
başlandı. Almaniya ordusunun böyük bir
hissəsi burada mühasirəyə alındı və təslim
oldu. Yalnız bundan sonra faşist ordu hissələrinin
Qafqaz istiqamətindəki hücumu
dayandırıldı və 1943-cü ilin əvvəlində Sovet
ordusu əks-hücuma keçdi. Şimali Qafqazdan
başlanan bu əks-hücumda Azərbaycanın
milli diviziyaları böyük döyüş rəşadəti
göstərdi.
Ön cəbhədə. Müharibənin ilk günlərində,
bütün ölkədə olduğu kimi, Azərbaycanda
da ümumi səfərbərlik elan edildi. Könüllü
olaraq cəbhəyə getmək üçün 40 min nəfərdən
çox adam ərizə ilə müraciət etdi. Sovet
İttifaqının rəhbərliyi Bakının və bütün Azərbaycanın
müharibə illərində strateji əhəmiyyətini
nəzərə alaraq müvafiq göstərişlər
vermişdi. 1941-ci ilin qışında Moskva ətrafında
aparılan döyüşlər və alman faşist ordusunun
burada darmadağın edilməsi
İkinci dünya müharibəsinin ən böyük hadisələrindən
biri idi. Bu qələbə faşist ordusunun
məğlubedilməzliyi haqqındakı əfsanələrə
son qoydu. Moskva uğrunda
döyüşlərdə tank hissə komandiri Həzi Aslanov,
polkovnik Yaqub Quliyev, snayper Ziba
Qəniyeva, təyyarəçi Züleyxa Seyidməmmədova
və başqa azərbaycanlılar qəhrəmanlıq
göstərdilər. 1941-ci ilin dekabrında Novqorod
vilayətinin Pustinka kəndi yaxınlığında
baş vermiş döyüşdə göstərdiyi igidliyə görə
İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı
fəxri adı verildi. O bu ada layiq görülmüş
ilk azərbaycanlı idi.
Azərbaycanlılar Stalinqrad uğrunda döyüşlərdə
də fəal iştirak etmişdilər. Məhz burada
göstərdiyi rəşadətə görə tank alayının
komandiri Həzi Aslanov birinci dəfə Sovet
İttifaqı Qəhrəmanı adı ilə təltif edildi.
Azərbaycanlı general Yaqub Quliyev 1942-ci
ilin dekabrında Stalin qrad ətrafında keçirilən
böyük hücum əməliyyatı zamanı qəhrəmancasına
həlak oldu. Kiyev şəhərinin