həyata keçirilir, Rusiyanın şimal rayonlarına
və Orta Asiyaya sürgün edilirdilər. Ümumittifaq
səviyyəsin də həyata keçirilən cəza tədbirləri
xüsusilə türk-müsəlman respublikalarında
öz miqyası, xarakteri və qəddarlıq
dərəcəsi ilə fərqlənirdi.
Qazaxıstan ərazisində yaradılmış Karlaq, Aljir
adlı həbs düşərgələri haqqında məlumat toplayıb
esse hazırlayın.
1930-cu illərin ikinci yarısında SSRİ-də siyasi
rejimin sərtləşdirilməsi, beynəlxalq vəziyyətin,
o cümlədən İranla münasibətlərin xeyli
kəskinləşməsi şəraitində cənublular rahat
hədəf seçilərək “şübhəli elementlər” kateqoriyasına
aid edildilər.
Cənubi Azərbaycandan Şimali Azərbaycana
gələn fəhlələrin necə adlandırıldığını xatırlayın.