hələ dərindən dərk edə bilməyən fəhlə və
kəndliləri də öz məngənəsinə aldı. Yüzlərlə
fəhlə, kəndli və ziyalı millətçilikdə, xalqa xəyanətdə,
İngiltərə, Almaniya, Yaponiya,
Türkiyə və başqa ölkələrin kəşfiyyat orqanları
ilə əlaqədə təqsirləndirilərək məhv
edildi.
Azərbaycanda repressiyaların daha da şiddətli
tüğyan etməsində partiya və sovet
orqanlarında yuva salmış erməni millətinə
mənsub məmurların da xüsusi rolu olmuşdur.
Kütləvi repressiyaların ilk qurbanlarının yerli kommunistlər
olmasını nə ilə izah etmək mümkündür?
Kütləvi repressiyalar Azərbaycan ziyalılarından
da yan keçmədi. Repressiyaların ilk
qurbanları içərisində H.Cavid, M.Müşfiq,
T.Şahbazi, Ə.Razi, S.Mumtaz, Y.V.Ç əmənzəminli, Ə.Cavad kimi istedadlı, savadlı ziyalılar
da var idi. Həmçinin Azərbaycan elminə
öz böyük töhfələrini vermiş görkəmli alimlər
– B.Çobanzadə, Ə.Qubaydulin, Azərbaycan
səhnəsinin aparıcı aktyorları – Ülvi Rəcəb
və Abbas Mirzə Şərifzadə də repressiya
edilənlər sırasında idi. Cəzalandırılanların
hamısı müxtəlif ölkələrin xeyrinə casusluqda,
pantürkizmdə, panislamizmdə, xalq
işinə xəyanətdə ittiham olunmuşdular.
Stalin repressiyalarının səbəbləri nə idi?
Repressiyaya məruz qalmış tanınmış Azərbaycan
ziyalıları haqqında araşdırma aparın.
Pantürkizm, panislamizm anlayışlarını necə izah edə
bilərsiniz? Nə üçün Azərbaycan ziyalıları məhz bu
ittihamlarla repressiya olunurdular?
Repressiyaların miqyası əhəmiyyətli dərəcədə
böyük idi. “Xalq düşməni” elan edilən
şəxsin təkcə özü deyil, yaxın adamları, dostları,
qohumları da cinayət məsuliyyətinə
cəlb olunur, onlarla bağlı ağır cəza tədbirləri