Əlifba məsələsini müzakirə etmək üçün
türk xalqlarının qurultayını çağırmaq zərurəti
meydana çıxdı. Azərbaycanın paytaxtı
Bakıda 1926-cı ilin fevralında açılmış Birinci
Ümumittifaq Türkoloji Qurultay türk xalqlarının
mədəni həyatında mühüm rol oynayan
böyük hadisə oldu.
1929-cu ildən Azərbaycan SSR-in ərəb qrafikalı
əlifbadan yeni əlifbaya keçməsi rəsmən
elan edildi. Ancaq 1930-cu illərin əvvəllərində
diqqətlə hazırlanmış və bir çox
cəhətdən təkmilləşdirilərək vahid şəklə salınmış
latın əlifbasının tətbiqi uzun çəkmədi.
Azərbaycan SSR-də 1940-cı ildən latın
qrafikalı əlifbanın kirillə əvəz edilməsi
rus dilinin fəaliyyət dairəsinin daha da genişlənməsinə
səbəb oldu.
Tez-tez baş verən əlifba dəyişikliyi xalqın
mədəni inkişafına mənfi təsir göstərdi, nəsillərarası
varislik əlaqəsi qırıldı.
Latın qrafikalı əlifbaya keçidin hansı üstünlükləri
var idi?
İctimai elmlər sovet ideologiyasının güclü
təsirinə məruz qalsa da, 1920–30-cu illərdə
bu sahədə bir sıra addımlar atıldı. 1923-cü
ildə Azərbaycanı Öyrənən Cəmiyyət və
Azərbaycan Arxeologiya Komitəsi təşkil
olundu. Xocalı-Gədəbəy, Yaloylutəpə, Qızılvəng
kimi arxeoloji mədəniyyətlər aşkar
edildi.
1929-cu ildə isə Azərbaycanı Öyrənən Cəmiyyətin
əsasında Azərbaycan Dövlət Elmi
Tədqiqat İnstitutu (Az.DETİ) yaradıldı. Əslində,
Azərbaycan elmi, onun idarəetmə
orqanları dövlət strukturunun tərkib hissəsinə
çevrilərək, digər sahələrdə olduğu
kimi, fəaliyyətini partiya rəhbərliyinin tam
nəzarəti altında, onun göstərişləri əsasında
qururdu.
Ədəbiyyat və incəsənət. Sovet hakimiyyəti
kütlələrin kommunist ruhlu bədii əsərlərlə
“tərbiyələndirilməsini” özünün ideoloji fəaliyyətində
başlıca vəzifə elan etmişdi. Bununla
belə, Azərbaycan mədəniyyətinin
görkəmli, dəyanətli xadimləri mürəkkəb ictimai-
siyasi şəraitdə milli irsi qoruyub saxlamağa
çalışırdılar. S.S.Axundov, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, A.Şaiq,