Şəmkirdə bolşeviklərə qarşı mübarizə aparan qaçaq dəstəsi
ərzaq məhsullarının
kartoçka*
yolu
ilə paylanması sisteminə keçildi. Məhsulun
artığını dövlətə təhvil verməkdən imtina
edənlərə qarşı cəza tədbirləri görülməyə
başlandı. Çörək ticarəti qadağan edildi, artıq
taxıl zorla müsadirə olundu.
*Kartoçka
norma üzrə ərzaq və s. almaq üçün kəsilmə
talonu olan blank (çörək kartoçkası, ərzaq
kartoçkası və s.)
1929-cu ilin yayında SSRİ-də elliklə kollektivləşmə
xətti elan edildi. Bu islahatın mahiyyətini
xırda kəndli təsərrüfatının məcburi
ləğv olunaraq zorla ümumi (kollektiv)
təsərrüfatlarda birləşdirilməsi təşkil edirdi.
Belə təsərrüfatlar kolxoz adlandırılırdı.
SSRİ-nin digər regionları ilə müqayisədə
Azər baycanda kollektivləşmə prosesi çox
ləng gedirdi. Bunun da bir sıra səbəbləri var
idi. Kollektiv təsərrüfatçılıq Azərbaycan
kəndlisinə yad idi. Bu səbəbdən də tarixən
tək təsərrüfatçılığın, nisbi iqtisadi sərbəstliyin
mövcud olduğu kəndlərdə kolxozların
tətbiqi çox böyük çətinliklər doğurdu. Digər
tərəfdən, Azərbaycanda kollektivləşmə xətti
partiyanın dinə, milli adət-ənənələrə qarşı
apardığı mübarizə ilə eyni vaxta düşmüşdü.
Kəndlilərə qarşı həyata keçirilən zorakılıq