Azərbaycanda da geniş vüsət aldı. Yüksək
plan və plandan əlavə göstəricilərə, şişirdilmiş
nailiyyətlərə və artırmalara meyil maddi
resursların normadan artıq istifadəsinə səbəb
oldu. Əslində isə müəssisələr plan öhdəliklərini
yerinə yetirə bilmirdi. Keyfiyyətsiz
məhsulun istehsalı adi hala çevrilmişdi.
Sənayeləşmə siyasətinin mənfi və müsbət
cəhətlərini qruplaşdıraraq cədvəl hazırlayın,
sosial-iqtisadi həyata, siyasi idarəçiliyə təsir
xüsusiyyətlərini araşdırın.
1920-ci illərin sonlarına doğru ölkə çörək
böhranı təhlükəsi ilə qarşı-qarşıya qaldı. Sənayeləşdirmə
xəttinin pozulması təhlükəsi
artmaqda idi. İri kəndli təsərrüfatının dövlət
iqtisadiyyatına lazımi yardımını təmin etmək
üçün təzyiq, zorakılıq metodlarına əl
atıldı, 1929-cu ildən ölkənin bütün şəhərlərində