Kürəkçay müqaviləsi, Buxarest sülhü, Gülüstan
sülhü, Türkmənçay sülhü
A
zərbaycanın parçalanmış vəziyyəti,
Qacarlar səltənətinin zəifliyi Cənubi
Qafqazla bağlı təcavüzkar planlarını
gerçəkləşdirmək üçün Rusiyaya əlverişli
imkan yaratdı. Azərbaycan xanları isə
yaranmış vəziyyəti düzgün qiymətləndirməyərək
yadelli təcavüzünə qarşı birgə
mübarizə aparmaq əvəzinə, nəyin bahasına
olursa-olsun, öz hakimiyyətlərini qoruyub
saxlamaq yolunu tutdular. Bu, Azərbaycanın
şimal torpaqlarının işğalını
asanlaşdırdı.
Müharibə başlayır. Fətəli şah Qacar Cavad
xanı müdafiə etməməklə böyük səhvə yol
verdiyini yalnız Gəncə xanlığının işğalından
sonra anladı. Gəncənin ruslar tərəfindən
tutulması Qacarların Azərbaycanın şimalında
ən mühüm dayaqlarından birinin itirilməsi
demək idi. Rusiya imperiyası isə bu
hadisədən sonra Cənubi Qafqazda hərbi strateji
üstünlük əldə etdi. Rus qoşunlarının
cəmləşdiyi Gəncə qalası digər Azərbaycan
xanlıqlarının işğalı üçün də hərbi baza oldu.
Azərbaycanın şimalındakı işğal və Cavad
xanın öldürülməsi Rusiya imperiyası üçün
böyük mənəvi üstünlük yaratdı, Azərbaycan
xanları arasında Qacarlar səltənətinə münasibətdə
tərəddüdlərə səbəb oldu. Bununla
barışmaq istəməyən Fətəli şah çar
Rusiyasına Cənubi Qafqazda işğal etdikləri
ərazilərdən çıxmağı tələb edən ultimatum
verdi. Rədd cavabı alan Qacarlar dövləti
Rusiya imperiyası ilə diplomatik münasibətləri
kəsdi.