YİS kənd təsərrüfatında da böyük dəyişikliklərə
səbəb oldu. Taxıl və pambıq sahələri
genişləndi. YİS-in ilk illərində əkinçiliyin
mexanikləşdirilməsinə başlandı. Mal-qaranın
sayı nəzərəçarpacaq dərəcədə artırıldı.
YİS ilə “Hərbi kommunizm” siyasətini müqayisə
edin. Sizcə, bunların hansı bolşeviklərin ideyalarına
daha çox uyğun gəlirdi?
Beləliklə, 1921–1925-ci illərdə həyata keçirilən
tədbirlər nəticəsində respublika iqtisadiyyatında
nisbi sabitlik və canlanma yarandı.
Əhalinin həyat səviyyəsi nisbətən
yüksəldi, orta təbəqənin çəkisi artdı.
Sizcə, YİS-i əlamətlərinə görə müasir dövrdə
hansı dövlətin iqtisadi siyasəti ilə müqayisə etmək
mümkündür?
Stalinin sosialist yenidənqurmaları. Sənayeləşdirmə.
1925-ci ilin sonlarında SSRİ-də
sənayeləşdirmə xətti elan edildi. Buna uyğun
olaraq Azərbaycanda da 1926-cı ildə sənayeləşdirmə
üzrə xüsusi komissiya yaradıldı.
Sənayenin maddi-texniki bazasını
modernləşdirmək üçün böyük kapital qoyuluşu,
xammal, işçi qüvvəsi tələb olunurdu.
Xarici kapitaldan məhrum olan, xüsusi
kapitalı isə sənayeyə buraxmaqdan
ehtiyat edən sovet hakimiyyəti ağır sənayeni
digər sahələrdən gələn gəlirlər və
kəndlilərin açıq-aşkar talan edilməsi hesabına
dirçəltməyə çalışırdı. Bu, bazar münasibətlərinin
ləğvinə, istehsalçının iqtisadi
sərbəstliyinin alınmasına və kənd təsərrüfatı
vəsaitlərinin sənayeyə axmasına səbəb
oldu. Beləliklə, YİS prinsiplərindən imtina
edildi. Azərbaycanda sənayeləşmə dövründə,
əsasən, iki sahəyə – neft sənayesi və
elektrikləşməyə daha çox diqqət yetirilirdi.
Geoloji kəşfiyyat işləri genişləndirildi, yeni
mədənlərin istismarına başlandı, neft hasilatı
artırıldı. SSRİ-də ilk böyük kerosin-benzin
zavodu, sürtkü yağı və krekinq prosesinin
yerinə yetirilməsi üçün zavodlar tikildi. 1927–
1928-ci illərdə respublikanın elektrikləşdirilməsi
sahəsində də mühüm nailiyyətlər əldə
edildi. Bu dövrdə Salyan, Qaryagin (indiki
Füzuli), Nuxa istilik elektrik stansiyalarının