dəstələr tərəfindən həyata keçirilirdi. Əslində,
əhalinin əziyyətlə becərdiyi məhsul
Azərbaycanda olan Qırmızı Ordunun ehtiyaclarına
sərf olunur, həmçinin ərzaqla
bağlı çətinlik çəkən Rusiya qəzalarına göndərilirdi.
Əsas sənaye mərkəzi olan Bakını və bir
neçə şəhəri çıxmaq şərtilə Azərbaycan iqtisadi
baxımdan aqrar ölkə idi.
“Hərbi kommunizm” siyasətinə aid olan əlamətləri
qruplaşdırın və nəticələrini aydınlaşdırın.