dairəsinə olan bütün iddialarından əl çəkdi.
Sözügedən münaqişənin həllində bəzi
amillər mühüm rol oynadı. Zaqatala dairəsi
əhalisinin mütləq əksəriyyətinin (92–95%-
nin) müsəlman olması və qəti şəkildə Azərbaycanın
tərkibində yaşamaq iradəsini ortaya
qoyması onun Azərbaycanın
tərkibində qalmasında həlledici amil idi.
Buna baxmayaraq, əvvəllər Zaqatala dairəsinə
məxsus olan əkin və otlaq sahələrinin
bir hissəsi bir qədər sonra Gürcüstanın Sığnaq
qəzasına verildi. Həmçinin Qarayazının
yuxarı hissəsi də inzibati baxımdan Gürcüstana
birləşdirildi. AXC ilə Gürcüstan hökuməti
arasında 1918–1920-ci illərdə mübahisəli
ərazi elan olunmuş Borçalı mahalı
Gürcüstan və Ermənistan sovet respublikaları
arasında bölüşdürüldü.
Beləliklə, 1920–30-cu illərdə sovet milli
siyasəti adı altında Azərbaycan xalqının iradəsinə
zidd olaraq AXC-dən miras qalmış
tarixi torpaqların xeyli hissəsi sovet Ermənistanına
və Gürcüstana verildi. İrəvan
şəhəri və onun ətrafındakı torpaqların hesabına
Ermənistan adlı dövlətin yaradılması
azmış kimi, Moskvanın birbaşa müdaxiləsi
və beyinləri “beynəlmiləlçilik” ideyaları ilə
dumanlanmış Azərbaycan bolşeviklərinin
fərsizliyi ucbatından tarixi Azərbaycan ərazilərinin
xeyli hissəsi qonşu respublikaya
“bağışlandı”. Bu proses sonrakı dövrlərdə
də davam etdi.
Qonşu respub- likalara
verilən
Azərbaycan
torpaqları |
İl |
Ərazilər |
Ermənistan SSR |
|
|
Gürcüstan SSR |
|
|
Mövzuda sizə təqdim olunan materiallara və
tarixi biliklərinizə əsaslanaraq sxemi
tamamlayın.