müqavilə imzalanana qədər hər iki hökumətin
hərbi qüvvələrinin Naxçıvanda
saxlanılması qərara alındı. Lakin bütün
bunlara baxmayaraq, Naxçıvanın statusunun
müəyyənləşməsi ərəfəsində Azərbaycanın
bu bölgəsində vəziyyət mürəkkəb idi.
Bir tərəfdən, Ermənistan Respublikasının
silahlı qüvvələrinin təcavüzü nəticəsində
gərginliyin davam etməsi, digər tərəfdən
isə sovet Rusiyası ilə daşnak Ermənistanı
arasında gedən pərdəarxası oyunlar Naxçıvanın
Azərbaycan SSR-in tərkibində qalması
məsələsinin həllini uzadırdı.
Azərbaycan rəhbərliyinin Moskvanın diktəsinə
tabe olduğu şəraitdə Rusiya–Ermənistan
sövdələşməsinə qarşı mübarizədə Naxçıvan
əhalisinin güvəndiyi yeganə qüvvə
bölgədə yerləşən türk qoşunları idi. Naxçıvanın
Azərbaycan SSR-in tərkibindən çıxarılıb
Ermənistana verilməsi planı bölgədə
türk qoşunlarının yerləşməsi şəraitində əvvəlcədən
uğursuzluğa məhkum edilmişdi.
1921-ci il martın 16-da RSFSR ilə Türkiyə
arasında Moskvada imzalanmış dostluq
müqaviləsinə əsasən Naxçıvan vilayəti
“Azərbaycanın qəyyumluğu altında muxtar
ərazi olurdu. Bir şərtlə ki Azərbaycan
bu qəyyumluğu üçüncü dövlətə güzəştə
getməyəcəkdir”.
Naxçıvanın Azərbaycanın himayəsi altında
muxtar ərazi statusu RSFSR-in iştirakı ilə
Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə
arasında 1921-ci il 13 oktyabrda Qarsda
bağlanmış dostluq müqaviləsində də təsbit
edildi. Hər iki müqavilə müddətsiz idi və
bu günə kimi Ermənistanla Azərbaycan və
Türkiyə arasında dövlət sərhədlərini tənzimləyən
yeganə beynəlxalq sənəd hesab
edilir.
1924-cü il fevralın 9-da Azərbaycan SSR
MİK-in Rəyasət Heyəti Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının yaradılması
haqqında dekret verdi. Beləliklə, Naxçıvan
məsələsinin Azərbaycanın xeyrinə həll edilməsində
Türkiyənin inkaredilməz rolu oldu.
Lakin sonralar Zəngəzurun bir parçasının
itirilməsi nəticəsində Naxçıvan ərazi baxımından
Azərbaycanın əsas hissəsindən ayrı
salındı. Bu, gələcəkdə Azərbaycan SSR ilə
Ermənistan SSR arasında yeni ərazi problemlərinin
meydana çıxmasının bünövrəsini
qoydu. Nəticədə 1929-cu ildə Zaqafqa-