atıldı. Danışıqlar RK(b)P MK Qafqaz bürosunun
göstərişi və nəzarəti ilə aparılırdı.
1921-ci ilin yayında Qafqaz bürosu Qarabağın
dağlıq hissəsi ilə bağlı müzakirələrə
başladı. Beləliklə, süni surətdə qabardılan
Dağlıq Qarabağ məsələsi 1923-cü ilədək
rəsmi İrəvanla Bakı arasında kəskin siyasi
mübarizənin yeni mərhələsinin əsasını
qoydu.
Dağlıq Qarabağ məsələsinin bu qədər
uzanması təsadüfi deyildi. Bu müddət ərzində
partiya və sovet orqanları arasında
dəfələrlə müzakirələr aparıldı, müxtəlif təkliflər
irəli sürüldü. Ovaxtkı Azərbaycan kommunistlərinin
qətiyyətsizliyi, Moskvanın təzyiqi
və bəzən hər iki tərəfi ermənilərin
təmsil etməsi (AK(b)P-nin rəhbər