dan könüllü çıxmaq” hüququ olsa da, əslində,
bu, formal xarakter daşıyırdı.
Torpaqlarımız bölüşdürülür. Azərbaycanın
şimalının Rusiya tərəfindən yenidən işğalı
Ermənistanın respublikaya qarşı ərazi iddialarını
daha da qüvvətləndirdi. AXC dövründə
niyyətinə çata bilməyib məğlub
edilən daşnak hökuməti sovet Rusiyasının
hərtərəfli yardımı ilə Azərbaycan torpaqlarına
(Qarabağ, Zəngəzur, Naxçıvan və s.
bölgələrə) yiyələnmək siyasətini fəallaşdırdı.
1920-ci ilin avqustunda sovet Rusiyası ilə
erməni daşnak hökuməti arasında bağlanan
müqaviləyə görə Şərur-Dərələyəz erməni
daşnak hökumətinə verilir, Naxçıvan,
Zəngəzur və Qarabağın dağlıq hissəsi
mübahisəli ərazilər elan olunurdu.