ZSFSR, SSRİ, RK(b)P Qafqaz bürosu, Zəngəzur,
DQMV, Qars müqaviləsi, Naxçıvan MSSR
C
ənubi Qafqazda bolşevik istilasının ilk
qurbanı Azərbaycan oldu. Respublikanın
təbii sərvətlərlə zənginliyi, xüsusilə nefti
iqtisadi böhran girdabında çabalayan sovet
Rusiyası üçün həyati əhəmiyyət daşıyırdı.
Bunun ardınca onsuz da formal
xarakter daşıyan “müstəqillik” qısa vaxt ərzində
ləğv edildi. Qafqaz respublikaları
arasındakı ərazi mübahisələri də Azərbaycanın
maraqlarına zidd şəkildə “həll”
olundu. Bugünkü Qarabağ münaqişəsinin
əsası qoyuldu.
Formal müstəqilliyin ləğvi. Şimali Azərbaycan
sovetləşəndən sonra Moskva tədricən
onun formal müstəqilliyinə son qoydu. Bu
proses 1920–1922-ci illərdə sovet Rusiyasının
diktəsinə uyğun olaraq üç Cənubi Qafqaz
respublikası arasında ikitərəfli və çoxtərəfli
müqavilələr yolu ilə həyata keçirildi.
1922-ci il dekabr ayının əvvəllərində Azərbaycan
SSR, Gürcüstan SSR və Ermənistan
SSR Zaqafqaziya Sovet Federativ Sosialist
Respublikasında (ZSFSR) birləşdi. Qurumun
Mərkəzi İcraiyyə Komitəsi seçildi. Əslində,
ZSFSR-ə Moskva tərəfindən təşkil
edilmiş və birbaşa ona tabe olan Zaqafqaziya
diyarının Partiya Komitəsi rəhbərlik
edirdi. ZSFSR-in yaradılması Cənubi Qafqaz
respublikalarının suveren hüquqlarını məhdudlaşdırır,
partiya təkhakimiyyətliliyi