F.Xoyskini və H.Ağayevi Tiflisdə,
B.Cavanşiri isə İstanbulda qətlə yetirdilər.
AXC-nin bir çox görkəmli xadimləri
(Ə.M.Topçubaşov, A.Şeyxülislamov, C.Hacıbəyli,
M.Məhərrəmov, M.Y.Mehdiyev və b.)
Paris konfransında iştirak etdiklərinə görə
vətəndə qalmış həmfikirlərinin faciəli aqibəti
onların başına gəlmədi. Həbs edilmiş
M.Ə.Rəsulzadə isə N.Nərimanov və
İ.V.Stalinin müdaxiləsi nəticəsində bolşevik
repressiyasından xilas ola bildi. Stalinin
şəxsi vaqonunda Rusiyaya aparılan M.Ə.Rəsulzadə
1922-ci ildə Finlandiyaya, sonra isə
Polşaya mühacirət etməyə məcbur oldu.
“Azərbaycan od içində yanır. Xilas olmaq
üçün xalq Qırmızı Ordunun alovu içində
yanan evlərini və mülklərini qoyur və
qaçır. Bu Qırmızı Ordunun nə qanunu, nə
də vicdanı var”.
N.Şeyxzamanlı
“Azərbaycan istiqlal mücadiləsi
xatirələri” əsərindən
Sizcə, bolşeviklərin Azərbaycanda törətdiyi qırğınların,
talanların və terrorun sosial-iqtisadi və
siyasi səbəbləri nə idi?
Azərbaycan SSR-də terroru həyata keçirən
əsas təşkilat Fövqəladə Komissiya idi. Xalq
arasında “çeka” (rus dilində Fövqəladə Komissiya
sözlərinin baş hərfləri), üzvləri isə
“çekist” adlandırılan bu təşkilatın əli ilə
ölkədə siyasi baxımdan şübhə doğuran
şəxslər həbs edilir, əmlakları müsadirə olunurdu.
“Şübhəli ünsür” anlayışı, ilk növbədə,
buraxılmış partiyaların üzvlərinə, keçmiş sahibkarlara,
bəylərə, tacirlərə, ümumiyyətlə,
varlı və ziyalılara aid edilirdi. Həbslər və
sürətlə aparılan istintaqlar, adətən, güllələnmə,
yaxşı halda isə sürgünlə nəticələnirdi.
Bolşevik hakimiyyətinin yerli şəraiti
nəzərə almadan apardığı sərt iqtisadi siyasət,
amansız terror tezliklə siyasi böhrana
və yerlərdə ciddi narazılıqlara səbəb oldu.
Azərbaycan xalqı bolşevik hakimiyyətinə