müxtəlif təhdidlərlə dolu məktubları, külli
miqdarda xərac tələb etməsi Cavad xan
tərəfindən qətiyyətlə rədd edildi.
Cavad xan
Maraqlıdır ki, həmişə diplomatik manevrləri
ilə fərqlənən Gəncə xanı bu dəfə Sisianovun
məktublarını elə onun öz tonunda da cavablandırdı.
Nəticədə Quruqobu yaxınlığındakı
kəşfiyyat xarakterli döyüşdən sonra
1803-cü ilin dekabrında Gəncə rus qoşunları
tərəfindən mühasirəyə alındı. Şəhər bir aydan
çox hücumlara tab gətirdi. Lakin nə
Gəncənin strateji əhəmiyyətini anlamayan
Fətəli şah Qacar, nə də Cavad xanın müraciət
etdiyi Azərbaycan xanları ona ciddi yardımlar
etdi.
Sizcə, XIX əsrin əvvəllərində baş verən rus
işğallarının qarşısını hansı vasitələrlə almaq
mümkün olardı?
- Hər bir dövlətin regionda hansı maraqları
olduğunu araşdırıb “Cənubi Qafqaz, o
cümlədən Azərbaycan böyük dövlətlərin
planlarında” mövzusunda referat hazırlayın.
- “Gəncənin müdafiəsi və Cavad xan” mövzusunda
təqdimat hazırlayın.