Hökumət şəhər əhalisindən yeni jandarm və
polis dəstələri təşkil edərək nizam- intizam
yaratdı. Bu qüvvələr Milli hökumətin əsas
dayağı idi. Təbrizdə xalça fabriki tikilməsinə
başlanılmış, şəkər zavodu, toxuculuq və dəri
fabriklərinin yaradılması, kənd təsərrüfatı
bankının və milli bankın açılması, pul islahatının,
şəhər əncüməninə seçkilərin keçirilməsi
və s. planlaşdırılmışdı. Milli hökumətin
mühüm sahələr – maarif, mədəniyyət,
səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. üzrə
idarə və nazirlikləri yaradılmışdı. Əhalinin
savadlanmasına xüsusi diqqət yetirilir, şəhər
və kəndlərdə pulsuz məktəblər açılırdı.
Təbrizdə pulsuz qız məktəbi təşkil edildi.
İdarə və müəssisələrdə “Azad istan” adı
yazılmış yeni lövhələr vurulsa da, onların
üzərində Qacarlar dövlətinin gerbi saxlanılmışdı.
Milli hökumətin süqutu. İngilislər özləri
üçün “təhlükəli” hesab etdikləri Cənubi
Azərbaycandakı hərəkata qarşı planlar
hazırlayırdılar. Üsyançılara təsir edə bilməyəcəyini
görən Baş nazir Müşirüddövlə
ingilislərin yaxından köməyi və bilavasitə
rəhbərliyi ilə üsyançılara qarşı hücuma
hazırlaşmaq qərarına gəldi. Hücumu təşkil
etmək üçün Hidayət Müxbirüssəltənə
sentyabrın ilk günlərində vali sifəti ilə
Təbrizə daxil oldu. Müxbirüssəltənə Baş
nazirin məktubunu Xiyabaniyə çatdırıb
onunla “danışıqlara” başladı.
Danışıq davam etdiyi müddətdə isə Müxbirüssəltənə
Təbrizin kənarında düşərgə saldı
və MH tərəfindən tərk-silah edilməmiş
kazak briqadası qarnizonunun komanda
heyətini öz tərəfinə çəkərək şəhərə birgə
hücum planı hazırladı. Müxbirüssəltənə
eyni zamanda MH-nin silahlı qüvvələrini
Təbrizdən uzaqlaşdırmaq üçün jandarm
dəstəsinin rəhbəri Mir Hüseyn Haşimini ələ
ala bildi. Şəhər ətrafındakı quldur dəstələri
ilə mübarizə aparmaq bəhanəsi ilə silahlı
qüvvələri MH-nin razılığını almadan şəhərdən
çıxardı.
Əks-inqilabi qüvvələr hücuma keçdilər.
ADF-nin silahlı üzvlərinin ciddi müqavimətinə
baxmayaraq, 1920-ci il sentyabrın
əvvəllərində Alaqapı ələ keçirildi, “Təcəddüd”
qəzetinin binası dağıdıldı. Üsyançılar
son damla qanlarına qədər qəhrəmancasına
vuruşdular. Sentyabrın 14-də başqa