Xiyabaninin bu sözləri partiyada təkamüldən
xəbər verir, inqilabi çağırışa qəti dönüş
yarandığını göstərirdi. O, İranın demokratikləşməsini
və onun tərkibində Cənubi
Azərbaycana geniş muxtariyyət verilməsini
tələb edirdi.
Üsyanın başlaması və qələbəsi. 1920-ci il
aprelin ilk günlərində ADF-nin üzvlərindən
bir neçəsinin həbs edilməsi üsyanın başlanmasına
təkan verdi.
Üsyanın başlaması ilə Cənubi Azərbaycandakı
milli azadlıq hərəkatı yeni mərhələyə
daxil oldu. Hərəkat silahlı üsyan xarakteri
aldı. Üsyana rəhbərlik etmək üçün İctimai
İdarə Heyəti (İİH) təşkil olundu. Heyətə
Ş.M.Xiyabani başçılıq edirdi.
İİH-nin rəhbərliyi altında üsyançılar iki gün
müddətində, demək olar ki, bütün dövlət
idarələrini ələ keçirdilər. Silahlı üsyan qan
tökülmədən qələbə çaldı. İİH milli azadlıq
və demokratik hüquqlar uğrunda mübarizə
apardığını Təbrizdəki xarici dövlət konsulluqlarına
rəsmən bildirdi. İİH öz fəaliyyətinə,
ilk növbədə, Tehrandan göndərilmiş dövlət
məmurlarını və hərbi qulluqçuları idarə
işlərindən kənar edərək Təbrizdən qovdu.
Ş.M.Xiyabaninin təklifi ilə Azərbaycan adı
“Azadistan”la əvəz olundu.
Təbrizdə başlamış üsyan tədricən Cənubi
Azərbaycanın başqa ərazilərinə də yayılırdı.
Bu hərəkatların çoxuna, bir qayda olaraq,
ADF-nin yerli təşkilatları başçılıq edirdi.
Təbriz üsyanı dövründə ingilislərə və daxili
irticaya qarşı etiraz hərəkatı bütün İranı
bürümüşdü. Uzaq və yaxınlığından asılı
olmayaraq, ölkənin mühüm məntəqələrində
Təbriz üsyanına qarşı açıq hüsn-rəğbət
və həmrəylik güclü idi. Denikin ordusunun
qalıqlarını təqib etmək bəhanəsi ilə Ənzəli
limanına qoşun yeridən sovet Rusiyasının
Gilandakı kommunistlər ilə əlaqə yaradaraq
burada sovet hakimiyyətini elan etməsi
ADF-nin mövqeyini gücləndirdi. Gilan
Respublikası ilə əlaqələr yaradılsa da,
burada güclü təsirə malik olan rus-bolşevik
qüvvələrin yardımı rədd edilmişdi.
Ş.M.Xiyabaniyə başqa köməklər də təklif
olunmuşdu. Bunlardan İrəvan quberniyasında
daşnaklara qarşı fəaliyyət göstərən və
sovet ordusu Azərbaycanı işğal etdikdən
sonra Mərəndə çəkilməyə məcbur olan
Abbasqulu bəy Şadlinskinin yardım təklifini