Lakin sovet Rusiyası AXC ilə normal iqtisadi
münasibətlərin yaradılması yolu ilə neft və
neft məhsullarının alınması haqqında düşünmürdü,
bu sərvəti tez bir zamanda qəsb
etməyə qərar vermişdi.
AXC hökumətinin nota mübadiləsində qətiyyətli
mövqeyini görən sovet Rusiyası ona
qarşı hərbi müdaxilə planının hazırlanmasına
başladı və işğal prosesində yerli kommunistlərdən
yararlanmaq məqsədilə
1920-ci ilin fevralında burada Azərbaycan
Kommunist (bolşevik) Partiyasını yaratdı.
Planlaşdırılan işğalı Azərbaycanın siyasi
qüvvələrinin hakimiyyət uğrunda mübarizəsi
kimi qələmə vermək istəyən sovet
Rusiyası 1918-ci ildən fərqli olaraq, yerli
kommunistlərə rəhbərliyi azərbaycanlılara
həvalə etdi. Azərbaycanda geniş sosial dayaqları
olmayan yerli kommunistlərin isə
hakimiyyəti ələ keçirmək üçün kifayət qədər
qüvvəsi yox idi və onlar sovet Rusiyasının
müdaxiləsinə ümid edirdilər.
Dərslik və internet resursları əsasında “Azərbaycan
Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər
sistemində” adlı referat hazırlayın.