TÜRK-MONQOL DÖVLƏTLƏRİ
97
XIII-XIV əsrlərdə mövcud olmuş Xubilay xanın dövləti də əvvəl Çingiz xanın Monqol imperiyasının bir parçası idi. Paytaxtı Çindəki Xanbalıq (Pekin) şəhəri idi. Dövlət Çingiz xanın nəvəsi (Tuluyun oğlu) Elxanilər dövlətinin qurucusu Hülakü xanın böyük qardaşı Xubilay xan (1264-1294) tərəfindən qurulmuşdu. Sonralar bu dövlət Yuan imperiyası adı ilə də tanınırdı.
Xubilay gənclik illərində Çin dilini öyrənmiş və Çin mədəniyyətinə böyük maraq göstərmişdi.
1271-ci ildə Xubilay öz dövlətini Çin dilində Yuan adlandırmış, Xanbalıq (Çin dilində Dadu, indiki Pekin) şəhərini paytaxt seçmişdi.
1276-cı ildə Yuan imperiyası cənubda Sonq səltənətinə son qoyaraq Çin torpaqlarını birləşdirmişdi.
Xubilayın hakimiyyəti dövründə Çinə çoxlu sayda avropalı səfər etmişdi. Onlardan ən məşhuru Marko Polo idi. O, Yuan imperiyasının və gəzdiyi başqa bölgələrin siyasi, iqtisadi və mədəni həyatına dair bir çox maraqlı məlumatlar qeyd etmişdir. Xubilay sülaləsi dövründə dövlət monqol, türk və Çin ənənələrinə uyğun idarə olunmuş, lakin müəyyən bir müddətdən sonra Çin mədəniyyəti üstünlük təşkil etməyə başlamışdı. Əvvəlcə monqollar dövlət işlərində Mərkəzi Asiyadan gələn tacirlərə, yaxud yeni işğallarda monqollara kömək edən müsəl-