TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
9
Geniş bir ərazidə yayılmış türk dilləri və ləhcələri 180 milyona yaxın insanın ana dilidir. Bu dildən ikinci dil kimi istifadə edən insanları da nəzərə alsaq, türk dilinin daşıyıcılarının sayı təxminən 250 milyon nəfər olar.
Bu gün türk dilləri və ləhcələrinin sayı 30-dan artıqdır. Bunlar hazırda istifadə olunan müasir dillər və istifadə olunmayan ölü dillərdir. Danışanların sayına görə birinci yerdə Türkiyə türkcəsi dayanır, ardınca Azərbaycan türkcəsi, özbək, qazax, uyğur, türkmən, tatar və qırğız dilləri gəlir.