84
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
çox qarluq tayfaları Yeddisu bölgəsindən gəlib Mavəraünnəhrə yerləşmişdilər. Şərqi Türküstanın Xotan və Turfan kimi baş şəhərlərində çoxlu müsəlman türk vardı.
Volqa Bulqar dövlətinin ərazilərində, əsasən, Volqa və Ural (Yaik) çayları hövzəsində bulqar, qıpçaq, başqırd türkləri ilə birlikdə slavyan və fin-uqor xalqları (mordva, udmurt, mari) yaşamışlar.
Qədim türk cəmiyyətindəki qadınlara sayğı, hörmət türk-müsəlman sülalələri dövründə də qorunub saxlanılmış, bu dövrdə dövlət və cəmiyyət həyatında əhəmiyyətli iz qoymuş çoxlu sayda türk qadın yetişmişdir. Məsələn, Səlcuqlu (1038-1157) və Xarəzmşah (1097-1231) sülalələrində Türkan xatunlar, Hindistan Türk-Məmlük sülaləsinə mənsub olan Raziyə Begüm (1236-1240), Misir Türk-Məmlük sülaləsinin ilk qadın hökmdarı Şəcər-üd-Dürr (1250-ci il) kimi tanınmış qadınlar dövlət idarəçiliyində söz sahibi olmuşlar. Türk cəmiyyətlərində məşhur memarlıq abidələrinin bir qismi də qadınların şərəfinə inşa edilmişdir. Məsələn, Qaraxanlı dövrünə aid olan Ayşə Bibi türbəsi (XII əsr, Taraz), Azərbaycan Eldənizlərinə aid Möminə xatun türbəsi (XII əsr, Naxçıvan), Qızıl Ordu məlikələrindən Törəbikə xanım türbəsi (XIV əsr, Köhnə Ürgənc), Əmir Teymurun tikdirdiyi Bibixanım məscidi (XV əsr, Səmərqənd), Baburlar dövrünə aid dünyaşöhrətli Tac-Mahal türbəsi (XVII əsr, Aqra) və başqalarını nümunə göstərmək olar.
Türklərin islamı qəbul etməsi ilə birlikdə onların şəhər mədəniyyəti də getdikcə daha sürətlə inkişaf etməyə başladı. Müsəlman türklərin karvanları Ərəbistan yarımadası, Hindistan, İran və Sibir, Volqa-Ural bölgələrinin qarşılıqlı ticarətində vasitəçi oldu.
Onlar uzaq şimal ölkələrindən xəz məmulatlarını gətirib müsəlman ölkələrində və ətraflarda satırdılar. Volqa Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri bölgənin ən iri iqtisadi və mədəni mərkəzinə çevrildiyi kimi, Səmərqənd, Buxara, Qaşqar, Balasaqun, Taraz şəhərləri də Qaraxan-lıların başlıca siyasi və mədəni