78
TÜRK XAQANLIQLARI
Lap əvvəllər, 1130-cu illərdə Eldəniz sultan Məsudun məmlükü (məmlük - hərfi mənada “kiməsə məxsus olmaq”, “qul” deməkdir; saray nəzdindəki xüsusi qoşunları belə adlandırırdılar) olmuşdur.
Qısa müddətdə Eldəniz öz ağlı və istedadı ilə sultanın diqqətini cəlb edərək hərbi zümrənin tərkibinə salınmış və bir müddət sonra sultanın ən çox güvəndiyi əmirlərdən biri olmuşdur. Sultan onu qardaşı Toğrulun dul arvadı Möminə xatunla evləndirmişdir. Bu nikah nəticəsində Eldəniz Səlcuqlu sülaləsinin kürəkəni olmuş və atabəy vəzifəsini almışdır.
1140-cı illərdə Azərbaycanda baş verən hadisələr, Səlcuqlu əmirləri və atabəyləri arasında gedən mübarizə Eldəniz üçün əlverişli olmuş və o, Azərbaycanın ən güclü hakimi olaraq ömrünün sonunadək ölkəni atabəy kimi idarə etmişdir.
Eldənizin ölümündən sonra hakimiyyət böyük oğlu Məhəmməd Cahan Pəhləvana (1175-1186) keçmişdir. Onun hakimiyyəti dövründə dövlət iqtisadi və siyasi cəhətdən daha da güclənmişdir. Cahan Pəhləvanın hakimiyyəti dövründə dövlətin paytaxtı Həmədan şəhəri idi.
Şək. 4.17. Möminə xatun türbəsi.
Türk ənənələrini islam ruhu ilə birləşdirən
memarlıq abidəsi.
XII əsr. Naxçıvan,
Azərbaycan
Atabəylər 50 min süvaridən ibarət güclü atlı ordu yaradaraq dövlətin cənub və şərq sərhədlərini genişləndirmişdir.
Cahan Pəhləvan bir neçə dəfə Gürcüstana hərbi yürüşlər təşkil etmişdir. Bir sıra qonşu ölkələrin hökmdarları Atabəylərin ali hakimiyyətini qəbul etmiş, məscidlərdə Cahan Pəhləvanın adına xütbə oxunmasına göstəriş vermişdilər. Həmsərhəd bölgələrin bəzi hakimləri öz pullarının üzərində Eldənizin adını yazdırmışdılar. Cahan Pəhləvanın qardaşı Qızıl Arslanın (1186-1191) hakimiyyəti dövründə tarixi Azərbaycanın mərkəzi Təbriz şəhəri dövlətin paytaxtına çevril-mişdir.
1175-1191-ci illər Atabəylərin yüksəliş dövrü olmuşdur. Bu zaman İran, İraq, Şərqi Anadolu və Qafqazın müəyyən hissəsi onların nəzarəti altında idi.