76
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
basqınlar etmişlər, lakin bu yürüşlər qısamüddətli olub, yurd salmaq məqsədi daşımırdı. Bundan başqa, türklər Anadoluya Abbasilər xilafəti ordusunun tərkibində gəlirdilər. Hərb sənəti ilə məşhur olan türklərin gücündən Abbasilər Bizansa qarşı döyüşlərdə istifadə edirdilər.
Çağrı bəyin başçılığı altında 1015-1021-ci illər arasında Anadoluya edilmiş ilk Səlcuqlu yürüşləri kəşf etmək və qənimət ələ keçirmək məqsədi daşıyırdı və bu, türk tarixində yeni dövrün müjdəçisi idi. Malazgird zəfərindən sonra Sultan Alp Arslan Bizansın əldə edilmiş anlaşmaya əməl etməməsi səbəbindən öz sərkərdələrinin üzərinə Anadoluda yeni torpaqlar fəth etmək öhdəliyi qoydu. Anadoluda fəthlər edən sərkərdələrdən biri də Qutalmışoğlu Süleymanşah idi. Süleymanşah Bizansdan İznik bölgəsini alaraq Türkiyədə Səlcuqlu dövlətinin əsasını qoydu (1077).
Süleymanşahdan sonra dövlətin başına onun oğlu I Qılınc Arslan keçdi. Türklərin Anadoluda qazandıqları fəthlər Bizansı çətin vəziyyətə saldı. Səlib yürüşlərinin başlanmasının bir səbəbi də bu oldu.
I Qılınc Arslan Birinci səlib yürüşü zamanı səlibçilərə qarşı uğurlu müharibələr aparmasına baxmayaraq, paytaxtı İznikdən Konyaya köçürməyə məcbur oldu (1096). Anadolu Səlcuqluları