İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
75
sonra dövləti yenidən bərpa etməyə cəhd etsə də, müharibə və üsyanlar nəticəsində Səlcuqlu dövləti öz tənəzzül dövrünə qədəm qoydu. 1157-ci ildə Sultan Səncərin ölümündən sonra Böyük Səlcuqlu dövləti süqut etdi.
Səlcuqlu dövlətinin sayəsində türklər Malazgird zəfərindən sonra Anadoluda özlərinə yeni bir vətən qazandılar. Bu dövlət islam dininin yayılmasına öz töhfəsini vermiş və Səlib yürüşlərinə qarşı mücadilə apararaq islamıqoruma missiyasını öz üzərinə götürmüşdü.
Səlcuqlular Azərbaycan, İran, İraq, Suriya və Anadoluda hakimiyyət qursalar da, öz əcdadlarının yaşadığı torpaqlarla əlaqələrini üzməmişlər. Bunu orta əsrlərdə Anadolu və Azərbaycanda yazılan “Oğuznamə”lərdəki Türküstan, Sayram, Qazıqurd, Cənt, Taraz kimi qədim türk şəhər və bölgə adları da təsdiq edir.
Türklər Anadolunu Səlcuqlular dövründə türk yurdu halına gətirsələr də, əslində, onların bu bölgəyə səfərləri xeyli əvvəllərə təsadüf edir. IV əsrdə hunlar, VI əsrdə sabarlar Anadoluya