İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
65
Türk xaqanlığında olduğu kimi idi. Qaraxanlı hökmdarlarının qara (böyük), arslan (aslan), tonqa (bəbir), buğra (erkək dəvə) kimi titullarının kökləri qədim Göytürk dövrünə gedib çıxır.
Müsəlman mənbələrində Qaraxanlı hökmdarlarını çox vaxt həm də Əfrasiyabın oğulları adlandırırdılar. Başqa sözlə desək, Qaraxanlılar öz mənşəyini dünyada ən qüdrətli türk hökmdarı olan əfsanəvi Əfrasiyabla bağlayırdılar. Mənbələrdə Əfrasiyab ləqəbi, yaxud onun türkcə Alp Ər Tonqa adına rast gəlinir.
Qaraxanlılar dövründə Mərkəzi Asiyada dünya sivilizasiyasının inkişafına böyük töhfə vermiş bir sıra müsəlman alim və mütəfəkkir yetişmiş, Qaşqar, Taraz, İsficab, Üzkənd, Buxara və Səmərqənd şəhərləri isə islam mədəniyyətinin mərkəzlərinə çevrilmişdi. Yusif Balasaqunlu, Mahmud Qaşqarlı, Əhməd Yasəvi kimi böyük türk mütəfəkkirləri bu dövrdə yaşayıb-yaratmışlar.